“Qəbələ” öz meydanında “Dinamo”ya qarşı

“Qəbələ” öz meydanında “Dinamo”ya qarşı
  25 İyul 2019    Oxunub:1525
Bu gün Azərbaycan kubokunun qalibi “Qəbələ” Avropa Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Azvision.az xəbər verir ki, “Qəbələ” öz meydanında Tbilisi “Dinamo”sunu qəbul edəcək. Matç saat 19:00-da başlayacaq. Komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək.

Qeyd edək ki, cütün qalibi Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.

Azvision.az



Teqlər: Futbol   Qəbələ   Avroliqa  





Xəbər lenti