“Cavab oyununda diqqətli olmalıyıq” - Qurban Qurbanov

“Cavab oyununda diqqətli olmalıyıq” -    Qurban Qurbanov
  25 İyul 2019    Oxunub:2121
"Bütün şəraiti nəzərə alsaq, bizim üçün ağır səfər idi. Həm də bəzi zədəli futbolçularımızın olmasına görə, oyun planımızda dəyişikliklər oldu. Rəqib həddindən artıq çox istəkli idi, bizim üçün heç də asan olmadı. Amma futbolçuların hər birindən razı qaldım"
Azvision.az xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən "Dandolk"-“Qarabağ” oyunundan sonra mətbuat konfransında deyib.

"Cavab matçında maksimum diqqətli olmalıyıq. İnanıram ki, qarşıdakı bir həftəlik müddətdə komandanı oyuna istədiyimiz kimi tam hazır edəcəyik", - deyə Qurbanov bildirib.

Qeyd edək ki, "Qarabağ" klubu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib. Ağdam təmsilçisi Dublində "Dundalk"ın qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.

Azvision.az



Teqlər: QurbanQurbanov   Qarabağ   CL  





Xəbər lenti