“Qarabağ” İrlandiya çempionu ilə heç-heçə etdi - Yenilənib

  25 İyul 2019    Oxunub : 3686
“Qarabağ” İrlandiya çempionu ilə heç-heçə etdi - Yenilənib
"Qarabağ" klubu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.
Azvision.az xəbər verir ki, Ağdam təmsilçisi Dublində "Dundalk"ın qonağı olub.

İrlandiya çempionu ilə görüşdə hesabı "Qarabağ" klubu açıb. Matçın 4-cü dəqiqəsində Mahir Emreli dəqiq zərbə ilə topu rəqib qapısından keçirib.

İlk hissədə əlavə qol qeydə alınmayıb. 78-ci dəqiqədə rəqib futbolçu hesabı bərabərləşdirib. Görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, sonda qalib müəyyənləşməyib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.

Azvision.az

Teqlər: