Azərbaycan EYOF-da daha bir qızıl medal qazanıb

  24 İyul 2019    Oxunub : 1197
 Azərbaycan EYOF-da daha bir qızıl medal qazanıb
Azərbaycan cüdoçusu Turan Bayramov Avropa Gənclər Olimpiya Festivalında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Azvision.az xəbər verir ki, idmançımız finalda rusiyalı Rizvan Maqomedova ipponla qalib gələrək çempion olub.

Qeyd edək ki, T.Bayramov finala gedən yolda Adam Saferini (Avstriya), yunanıstanlı Mikis Tontimidisi məğlub edərək yarımfinala yüksəlib. O, həlledici qarşılaşmaya vəsiqə uğrunda türkiyəli Muhammed Demireli məğlubiyyətə uğradıb.

Azvision.az

Teqlər: