Cüdoçumuz “EYOF Bakı 2019”un finalında

  24 İyul 2019    Oxunub : 1061
 Cüdoçumuz “EYOF Bakı 2019”un finalında
Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb.
Azvision.az xəbər verir ki, oğlanların yarışında uğurla çıxış edən Turan Bayramov (60 kq) yarımfinalda türkiyəli idmançı Muhammed Demirele vazari xalı ilə qalib gələrək finala yüksəlib.

Azvision.az

Teqlər: EYOF   Cüdo