Üzgüçümüz EYOF-da yarımfinala vəsiqə qazanıb

Üzgüçümüz EYOF-da yarımfinala vəsiqə qazanıb
  24 İyul 2019    Oxunub:1643
Azərbaycan atleti Məryəm Şeyxəlizadəxangah “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük yarışlarının yarımfinalına vəsiqə qazanıb.
Azvision.az xəbər verir ki, təmsilçimiz 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında 1 dəqiqə 2,11 saniyə nəticə göstərərək növbəti mərhələyə adlayan 16 idmançı siyahısında yer almağı bacarıb.

Qeyd edək ki, qadınlar arasında 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışının yarımfinal mərhələsi axşam sessiyasında keçiriləcək.

Azvision.az


Teqlər: Üzgüçü   EYOF  





Xəbər lenti