“Qarabağ” səfərdə çempiona qarşı

   “Qarabağ” səfərdə çempiona qarşı
  24 İyul 2019    Oxunub:2033
Bu gün "Qarabağ" klubu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Azvision.az xəbər verir ki, Ağdam təmsilçisi Dublində "Dundalk"ın qonağı olacaq. İrlandiya çempionu ilə görüş Bakı vaxtı ilə 22:45-də başlayacaq. Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” ilk təsnifat mərhələsində Albaniyanın “Partizani” klubunu mübarizədən kənarlaşdırıb.

Azvision.az



Teqlər: Qarabağ   UCL  





Xəbər lenti