İbrahimoviç rəqibin almacıq sümüyünü sındırıdı - FOTO

  23 İyul 2019    Oxunub : 773
İbrahimoviç rəqibin almacıq sümüyünü sındırıdı - FOTO
Hazırda “Los Anceles Qalaksi”nin şərəfini qoruyan məşhur futbolçu Zlatan İbrahimoviç yaşıl meydanlarda hələ də öz sözünü deməkdədir.
Azvision.az xəbər verir ki, “Los Anceles FC” ilə derbi qarşılaşmasında “het-trik” edən İbrahimoviç ikili mübarizə zamanı rəqib oyunçu Məhəmməd əl Munirin almacıq sümüyünü sındırıb.

Dirsəyi ilə rəqibinə zərbə endirən 37 yaşlı ulduz Munirin maçdan sonra əməliyyat olunmasına səbəb olub. Müdafiəçinin paylaşdığı rentgen vərəqində isə sınıq aydın görünür.

Qeyd edək ki, derbi matçı “Los Anceles Qalaksi”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.



Kənan Məmmədov
Azvision.az

Teqlər: İbrahimoviç   Futbol