Beş güləşçimiz EYOF-un finalında

   Beş güləşçimiz EYOF-un finalında
  23 İyul 2019    Oxunub:1610
Beş güləşçimiz Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib.
Azvision.az -ın məlumatına görə, sərbəst güləşçilərdən Kənan Heybətov (51 kq) həlledici görüşdə rusiyalı Rustam Dolaytevlə, Cəbrayıl Hacıyev (65 kq) isə onun həmyerlisi Batirbek Tşkovrebovla üz-üzə gələcək.

Yunan-Roma güləşçilərindən Elmir Əliyev (51 kq) finalda ukraynalı Sanya Yakovlevə, Xasay Həsənli (65 kq) isə Almaniya təmsilçisi Deni Nakayevə rəqib olub.

Qadın güləşçilərdən Elnurə Məmmədova (53 kq) qızıl medal uğrunda Polina Lukina (Rusiya) ilə mübarizə aparacaq. 1/4 finalda məğlub olan Nigar Mirzəzadə isə təsəlliverici görüşdə Böyük Britaniya idmançısı Lusi Makqratla qarşılaşacaq.

Medal görüşləri saat 16:00-da başlayacaq.

Azvision.az


Teqlər: Güləş   EYOF  





Xəbər lenti