Azərbaycan EYOF-da daha bir medal qazandı

Azərbaycan EYOF-da daha bir medal qazandı
  22 İyul 2019    Oxunub:1878
Azərbaycanın sərbəst güləşçisi Sabir Cəfərov "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.
Azvision.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Rusiya təmsilçisi Fyodor Baltuev ilə qarşılaşıb. Finalda rəqibinə məğlub olan Cəfərov gümüş medalla kifayətlənib.

Azvision.az



Teqlər: EYOF   Güləş   Gümüş   Medal  





Xəbər lenti