"Qəbələ" və "Neftçi"nin potensial rəqibləri bilindi

   "Qəbələ" və "Neftçi"nin potensial rəqibləri bilindi
  22 İyul 2019    Oxunub:2254
Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Azvision.az -ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə ölkəmizin Avroliqadakı təmsilçiləri “Qəbələ” və "Neftçi"nin də potensial rəqibi məlum olub. "Qəbələ" 2-ci mərhələdə Tbilisi "Dinamo"sunu keçsə, Hollandiyanın "Feyenoord" klubu ilə qarşılaşacaq.

"Neftçi" isə Rusiya "Arsenal"ını mübarizədən kənarlaşdıra bilsə, "Bney Yehuda" (Təl-Əviv, İsrail) ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab qarşılaşmaları isə 15-də keçiriləcək.

Azvision.az




Teqlər: Neftçi   Qəbələ   Avroliqa  





Xəbər lenti