Bakıda mənzildə yanğın olub

Bakıda mənzildə yanğın olub
  02 Dekabr 2013    Oxunub:1169
Bakıda mənzildə yanğın olub, ev sahibinin qohumu xilas edilib.
Bakıda mənzildə yanğın baş verib.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 33 kv.m olan 2 otaqlı mənzilin dəhlizində elektrik şiti yanıb. Yanğın zamanı yanğınsöndürənlər mənzilə pəncərədən daxil olub, ev sahibinin qohumunu xilas edərək yaxınlarına təhvil veriblər.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti