Səslə idarə edilən robot milli arsenalda

  01 Dekabr 2013    Oxunub : 720
Səslə idarə edilən robot milli arsenalda
Azərbaycan səslə idarə edilən robot istehsalına başlayacaq.
Azərbaycanda səslə idarə edilən robot istehsalına başlanıla bilər. Bunu cümə günü rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "BakuTel 2013" sərgisinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq bu gün respublikada sənaye miqyasında robot texnologiyasının inkişafına maraq göstərilir.

E.Vəlizadə qeyd edib ki, bu sahədə artıq müəyyən işlər görülüb: "Onlardan biri səslə idarə olunan kompüterdir. Həmin kompüter görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutulub və artıq Azərbaycanda yaradılıb".

Teqlər: