Mərcdə uduzan Özil saçını saraltdı

  19 İyul 2019    Oxunub : 1852
Mərcdə uduzan Özil saçını saraltdı
“Arsenal” komandasının türk əsilli futbolçusu Mesut Özil saçlarını sarı rəngə boyamasına aydınlıq gətirib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu mərcdə uduzduğu üçün belə addım atdığını deyib.

Mesut Özil qapı dirəyinə qol vurmaqla bağlı futbolçular Sead Kolaşinats, Aleksandr Lyakazett və Şkodran Mustafi ilə mərc edib. Özilin mərcdə uduzması isə ona saçlarını sarı rəngə boyaması ilə başa gəlib. Yarışın qalibi isə Lyakazett olub. Buna görə də o, saçlarını yaşıl rəngə boyuyub. Mustafinin isə hansı rəngdən istifadə etdiyi hələ məlum deyil. Mətbuatda yalnız Özilin fotoları yayılıb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: MəsudÖzil   futbolçu