“Qalatasaray” Falkao ilə razılaşdı

“Qalatasaray” Falkao ilə razılaşdı
  19 İyul 2019    Oxunub:1895
“Qalatasaray” Radamel Falkao transferində ilkin razılıq əldə edib.
Azvision.az xəbər verir ki, bu barədə “TRT Spor” məlumat yayıb.

Bildirilir ki, “sarı qırmızılılar” təzminatla bağlı “Monako” ilə danışıqlar aparır.

Hazırda dəyəri 10 milyon avro olan Falkao “Monako” forması ilə 108 oyuna 65 qol vurub, 12 qolun ötürməsini verib.

Qeyd edək ki, Falkao 2013-cü ildə 43 milyon avroya “Atletiko”dan “Monako”ya transfer olunub.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Futbol   Qalatasaray   Falkao  





Xəbər lenti