Akula uşağı yedi - VİDEO

  01 Dekabr 2013    Oxunub : 936
Akula uşağı yedi - VİDEO
AzVision.az xəbər verir ki, Avstraliya sahillərində faciə baş verib. Port-Makkuri şəhərində akula 19 yaşlı Zak Yanqa hücum edib. Akula ilk öncə uşağın ayaqların parçalayıb, daha sonra isə Zakın ürəyi dayanıb.

Polislərin dediyinə görə akula hücum edərkən oğlan qayıqda oturmuşdu.

Xilasedicilər uşağı sahilə çıxardaraq təcili yardım gələnə kimi ona süni nəfəs verirdi, lakin o hadisə yerində həyatını itirib.

“Çox təəsüf ki, biz onu xilas edə bilmədik” deyə təcili yardım həkim bildirir.

19 yaşlı gəncin dostları hadisədən məyus olaraq sosial şəbəkələrdə Zakı xatırlayaraq təsəlli tapmağa çalışır.

“Darıxıram sənsiz Zak. Sən həyatı daha yaxşı edirdin. Sənin gülüşün əhvalımızı qaldırırdı” deyə dostlardan biri yazır.


Teqlər: