“Qarabağ” “Partizani”yə qalib gəldi - Yenilənib

  17 İyul 2019    Oxunub : 3380
 “Qarabağ” “Partizani”yə qalib gəldi - Yenilənib
“Qarabağ” klubu Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Partizani” komandası ilə cavab oyunu keçirib.
Azvision.az xəbər verir ki, “Dalğa Arena” stadionunda baş tutan görüşü moldovalı hakimlər briqadası idarə edib. Görüşün ilk hissəsində qapılara qol vurulmayıb.

Matçın ikinci hissəsində "Qarabağ" hesabı açıb. Qarşılaşmanın 51-ci dəqiqəsində Filip Ozobic Ağdam klubunu hesabda önə çıxarıb. Daha sonra "Qarabağ"ın heyətində Dani Kintana fərqlənib. Bununla da, Qurban Qurbanovun komandası “Partizani”yə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, komandalar arasında ilk görüş 0:0 hesabı ilə başa çatıb.

Azvision.az


Teqlər: Qarabağ   Partizani   CL