Gəncədə bomba xəbəri yalan çıxdı

Gəncədə bomba xəbəri yalan çıxdı
  01 Dekabr 2013    Oxunub:1452
Gəncə hava limanına bomba qoyulması xəbəri yalan çıxdı.
AzVision.az APA- ya istinadən xəbər verir ki, Gəncə Beynəlxalq Hava Limanına partlayıcı maddə qoyulması barədə xəbər yalan çıxıb. Gəncə Beynəlxalq Hava Limanın direktoru Bəylər Nəcəfovun verdiyi məlumata görə, limanın bütün ərazisi Daxili Qoşunların minatəmizləmə qrupu tərəfindən yoxlanılıb və heç bir partlayıcı qurğu aşkarlanmayıb. Əməliyyat 02.30 radələrində sona çatıb və səhər saatlarından liman normal iş fəaliyyətini bərpa edib.

Bomba həyəcanı yaradan şəxs, Gəncə şəhər sakini, 32 yaşlı Həsənov Anar Məhərrəm oğludur. Onun spirtli içki və ya narkotik aludəçisi olduğu ehtimal edilir. Polis onun ünvanını müəyyən edib. Lakin Anar Məhərrəmov polisdən gizləndiyi üçün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Teqlər:





Xəbər lenti