Ailəsi Orxan Zeynalovun məhkəməsinə gedəcək

Ailəsi Orxan Zeynalovun məhkəməsinə gedəcək
  01 Dekabr 2013    Oxunub:1468
Qətldə suçlanan azərbaycanlı gəncin istintaqı yekunlaşır; hüquq müdafiəçisi Rusiyada ombudsmanın müavini ilə görüşüb.
Rusiyada Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Orxan Zeynalovdan xəbər var. O.Zeynalovun dayısı Ələddin bəyin verdiyi məlumata görə, bacısı oğlunun istintaqı yekunlaşmaq üzrədir.

AzVision.az xəbər verir ki,Onun sözlərinə görə, dekabrın 12-dən sonra iş məhkəməyə göndərilməlidir: “Yəqin ki, Orxanın ailəsi məhkəmədə iştirak edəcək. Atası və anası məhkəmə prosesində olmaq istəyir. Moskvaya getmək üçün imkan yaratsalar gedəcəklər. Onun cinayəti törətdiyi təsdiqlənmir. Hər kəs bir fikir söyləyir. İndi bilmirik ki, necə olacaq. Bu, dövlətin işidir. Azərbaycan dövləti vəkil ayırıb, onun hüquqlarını müdafiə edir”.

Ələddin bəy qeyd etdi ki, ailəsi Azərbaycan və Rusiya prezidentlərinə müraciət edib: “Onlar istintaqın ədalətli araşdırılmasını istəyiblər. Əgər Orxan qətl törədibsə qanunda hansı cəza nəzərdə tutulub, hökm də ona uyğun çıxarılsın. Bizim əlimizdən gələn bir iş yoxdur. Nə baş verirsə iradəmizdən kənardadır. Gözləyirik görək bu işlərin axırı necə olacaq”. O.Zeynalovun dayısı qeyd etdi ki, ailəsi övladının azadlığa çıxmasını arzulayır.

Bu günlərdə isə Rusiyanın slon.ru saytı sensasion məqalə ilə çıxış edib. Sayt yazıb ki, Moskvanın Brulyova ərazisində yerləşən nəhəng topdansatış meyvə-tərəvəz bazası “Pokrovka”nın bağlanması, Orxan Zeynalov olayının şişirdilməsi məqsədli şəkildə iki yəhudi milyarder tərəfindən həyata keçirilib...

Bu arada hüquq müdafiəçisi Azad İskəndərli Rusiyada səfər edib və məqsəd Orxan Zeynalov məsələsi, azərbaycanlı miqrantlara qarşı atılan addımları Rusiya qurumları qarşısında qaldırmaq olub.

Bu arada hüquq müdafiəçisi Rusiya Federasiyasının İnsan Haqları üzrə Müvəkkilinin (Ombudsman) müavini cənab Qeorqi Fridrixoviç Kunadze ilə görüşündə O.Zeynalovdan danışıb:

“Cənab Kunadzeyə Azərbaycan ictimaiyyətinin problemləri ilə bağlı narahatlığını bildirdim. O da mövcud problemlərlə bağlı Rusiya Hakimiyyətinə müraciət edəcəklərini bildirdi. Cənab Kunadze Orxan Zeynalovun Moskva şəhərində yerləşən 1 saylı İstintaq təcridxanasında saxlanıldığını və onun oradakı saxlanma şəraitinin yaxşı olduğunu bildirdi”.

Rusiyada Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Orxan Zeynalova qarşı həbsxanada heç bir təzyiq yoxdur. Bunu, O.Zeynalovun vəkili Viktor Anikuşkin deyib. Onun sözlərinə görə, onun üzərindəki döyülmə əlamətləri ekspertizadan keçiriləcək.


Teqlər:  





Xəbər lenti