Ana azyaşlı uşağı ilə itkin düşüb

  30 Noyabr 2013    Oxunub : 623
Ana azyaşlı uşağı ilə itkin düşüb
Gəncədə ana azyaşlı övladı ilə itkin düşüb.
AzVision.az APA- ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini 5 yaşlı övladı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə, şəhər sakini, 48 yaşlı Zahidə Əhmədova Polis İdarəsinə müraciət edərək bildirib ki, 24 yaşlı qızı Əsmər Nuriyeva azyaşlı övladı, 5 yaşlı Ləman Nuriyeva ilə evdən çıxıb və bir daha qayıtmayıb.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Teqlər: