"Barselona" 16 yaşlı hücumçu aldı

  11 İyul 2019    Oxunub : 682
"Barselona" 16 yaşlı hücumçu aldı
İspaniyanın "Barselona" futbol klubu heyətini daha bir hücumçu ilə gücləndirib.
Azvision.az xəbər verir ki, "katalonlar" "Vest Bromviç"in 16 yaşlı hücumçu Lui Berrini transfer edib.

İngiltərənin U-17 millisinin üzvü "Barselona"nın akademiyasında (La Masia) futbola davam edəcək.

Qeyd edək ki, L.Berri ötən mövsüm İngiltərə klubunun gənclər komandasında 13 matçda 4 qol vurub.

Azvision.az

Teqlər: Barselona   Futbol   Transfer