“Qarabağ”ın oyununa biletlər satışda

“Qarabağ”ın oyununa biletlər satışda
  11 İyul 2019    Oxunub:1907
“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin “Partizani” ilə cavab oyununun biletlərini satışa çıxarıb.
Azvision.az xəbər verir ki, azarkeşlər bu gündən etibarən biletləri əldə edə bilərlər. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Biletləri aşağıdakı satış məntəqələrindən almaq olar:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)


Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək “Qarabağ” – “Partizani” oyunu yerli vaxtla 21:00-da başlayacaq. Albaniyadakı ilk matçda hesab açılmayıb.

Azvision.az


Teqlər: Bilet   Qarabağ  





Xəbər lenti