"Roma" yeni qapıçı aldı

  11 İyul 2019    Oxunub : 974
"Roma" yeni qapıçı aldı
İtaliyanın “Roma” futbol klubu yeni qapıçı ilə heyətini gücləndirib.
Azvision.az xəbər verir ki, klub "Betis"in qapıçısı Pau Lopesin keçidini rəsmiləşdirib.

"Canavarlar" ispaniyalı qolkiperlə 5 illik müqavilə imzalayıb. "Roma" 24 yaşlı qapıçıya görə La Liqa təmsilçisinə 23,5 milyon avro təzminat ödəyib.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Roma   Transfer   Qapıçı