"Neftçi" Moldova səfərində

"Neftçi" Moldova səfərində
  11 İyul 2019    Oxunub:2563
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq.
Azvision.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Neftçi” bu gün mübarizəyə başlayacaq.

Roberto Bordinin komandası 1-ci təsnifat mərhələsinin ilk oyununda Moldovanın “Sperantsa” klubunun qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 18-də Bakıda keçiriləcək.

Azvision.az


Teqlər: Avroliqa   Neftçi  





Xəbər lenti