Yeni nəsil üçün “Sərhədsiz məsuliyyət"

Yeni nəsil üçün “Sərhədsiz məsuliyyət"
  30 Noyabr 2013    Oxunub:1409
Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində "Yeni nəsil: Sərhədsiz məsuliyyət " adlı III Beynəlxalq Gənclər Forumu başa çatıb. Azərbaycan və Rusiya gənclərinin iştirak etdiyi forum , 26-27 noyabr tarixində keçirilib.
Açılış mərasimində Azərbaycan nümayəndə heyətinin rəhbəri , Gənclər və idman nazirinin müavini İntiqam Babayev , Çeçenistan Respublikasının parlamentinin başçısı Duhuvaha Əbdürrəhmanov və Gənclərlə iş üzrə Federal Agentliyin başçısnın müavini Yuri Saprıkin çıxış ediblər.

Səlahiyyətlil nümayəndələr forumun əhəmiyyətini qeyd edərək forumun yeni layihə və ideyalara təkan verəcəyini vurğulayıblar.

Forumun keçirilməsinin əsas məqsədi qonşuluqda yaşayan gənclər arasında dostluq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, regionda gənc nəslin məsuliyyətinin artırılması, münaqişələrin həllini tapmaq, informasiyanın yaradılması və ötürülməsidir.

Rəsmi açılış mərasimindən sonra 4 bölmə üzrə iş başladı. Hər bölmədə forum üzvləri gənclərin problemlərini əks etdirən mövzularla çıxış etdilər. Sonra bölmələrin nəticələrinin təqdimat üçün plenar iclas baş tutdu. Forumun sonunda qətnamə qəbul edildi.

Forumun bağlanış mərasimində bütün iştirakçılara təşəkkür edərək Çeçenistan Respublikasının Gənclərlə iş üzrə naziri Xoj-Baudi Daaev qeyd etdi ki, Çeçenistan Respublikası hər zaman qonaq qəbul etməyə hazırdı və növbəti il də forumda ev yiyəsi kimi çıxış edə bilər.

"Yeni nəsil: sərhədsiz məsuliyyət" adlı III Beynəlxalq Gənclər Forumunda Azərbaycanı 48 nəfərdən ibarət nümayəndə heyəti təmsil edirdi. Qroznı çəhərinə səfər çərçivəsində Azərbaycanlı qonaqlar şəhərin görməli yerləri ilə tanış oldular, Çeçenistan Respublikasının birinci prezidenti A.A.Kadırovun adına Fəxr kompleksi və muzeyi ziyarət etdilər.

Qeyd edək ki, 2011 və 2012-ci ildə "Yeni nəsil: sərhədsiz məsuliyyət" adlı I və II Beynəlxalq Gənclər Forumları Bakıda keçirilib.

Leyla MURAD
Qroznı şəhərindən



Teqlər:





Xəbər lenti