Qadınlardan ibarət ABŞ millisi dünya çempionu olub

  07 İyul 2019    Oxunub : 881
Qadınlardan ibarət ABŞ millisi dünya çempionu olub
Fransada keçirilən qadınlar arasında dünya çempionatı başa çatıb.
Azvision.az xəbər verir ki, finalda ABŞ və Hollandiya yığmaları üz-üzə gəliblər.

Avropa təmsilçisinə 2:0 hesabı ilə qalib gələn amerikalılar ardıcıl 2-ci, ümumilikdə isə 4-cü dəfə mundialın qalibi olublar.

Qeyd edək ki, qadınlar arasında dünya çempionatı 1991-ci ildən keçirilir.

Teqlər: