"Neftçi"də növbəti müqavilə

"Neftçi"də növbəti müqavilə
  07 İyul 2019    Oxunub:1955
"Neftçi" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Azvision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Rəhman Hacıyevlə sözləşməni daha 1 il müddətinə artırıb. Anlaşmaya görə, 25 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümünün sonunadək paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

"Neftçi" buna qədər Səlahət Ağayev, Mirabdulla Abbasov və Namik Ələsgərovun müqaviləsinin müddətini uzadıb.

Qeyd edək ki, 2014/2015 mövsümündən "Neftçi"də çıxış edən Rəhman bu müddət ərzində meydana çıxdığı 145 oyunda 15 qola imza atıb.

Azvision.az


Teqlər: Futbol   Neftçi   Müqavilə  





Xəbər lenti