Hidayət İtaliyada çempion ola bilmədi - Yenilənib

Hidayət İtaliyada çempion ola bilmədi -  Yenilənib
  06 İyul 2019    Oxunub:2840
Azərbaycan cüdoçusu Hidayət Heydərov İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında gümüş medala sahib olub.
Azvision.az xəbər verir ki, final görüşündə rusiyalı Evgeni Prokopçuka məğlub olan cüdoçumuz gümüş medalla kifayətlənməli olub.

***
İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında cüdoçumuz Hidayət Heydərov uğurla çıxış edərək finala vəsiqə qazanıb.

Azvision.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçu finala vəsiqə uğrunda Monqolustan təmsilçisi Tsoqtbaatar Tsend-Oçirə qalib gəlib.

H.Heydərov qızıl medal uğrunda görüşdə rusiyalı Evgeni Prokopçuk ilə qarşılaşacaq.

Azvision.az



Teqlər: HidayətHeydərov  





Xəbər lenti