“Qəbələ” Kristianı heyətinə qatdı

“Qəbələ” Kristianı heyətinə qatdı
  04 İyul 2019    Oxunub:1647
2019/2020 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” klubu növbəti transferini reallaşdırıb.
Azvision.az xəbər verir ki, bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan “qırmızı-qaralar” Fil Dişi Sahilindən olan futbolçu Kristian Kouakou ilə anlaşıb. 28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kouakou 2007-ci ildə “Anderlext" Futbol Akademiyasına transfer olub və 3 il gənclər komandasında top qovub. 2010-cu ildə “Anderlext”dən ayrılan forvard "Muangtong Yunayted"lə (Tailand) müqavilə bağlayıb. Kouakou burada keçirdiyi 53 oyunda 22 qol vurub. O, daha sonra Fransanın "Tours" klubuna transfer edilib. Sözügedən komandanın uğurları üçün 3 mövsüm (2012-2015) tər tökən hücumçu 94 oyunda 26 dəfə fərqlənməyi bacarıb. Daha sonra Kristian Fransada "Kaen" və "Nimes Olimpik" kollektivlərinin formasını geyinib. Forvardın son komandası Çexiyanın "Karvina" klubu olub.

Azvision.az


Teqlər: Qəbələ   Transfer  





Xəbər lenti