MHP Qarabağ məsələsində Ərdoğanı günahlandırdı

  29 Noyabr 2013    Oxunub : 598
MHP Qarabağ məsələsində Ərdoğanı günahlandırdı
“İrəvan 100 il öncə təxminən 600 min türkün yaşadığı yüzlərlə məsciddən azan səsinin eşidildiyi bir türk məmləkəti idi. Bu gün Ermənistanın məzar daşlarımız belə qalmadı”.

AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) millət vəkili Sinan Oğan Türkiyə Böyük Millət Məclisində deyib. Deputat Ədalət və İnkişaf partiyasının (AKP) millət vəkillərinə səslənərək, onları ermənipərəstlikdə ittiham edib.

“Müsəlmanların qəbir daşları belə Ermənistanda məhv edilib. Bundan xəbəriniz varmı? Təbii ki, xəbəriniz yoxdur. Bəs, sizin nədən xəbəriniz var? Sizin Akdamara ( Türkiyənin Van bölgəsində bölgə adıdır -red) kilsə zəngi taxılmasından xəbəriniz var. Sizin erməniyə, ruma və digər kimlər ki, Türkiyədən torpaq tələb edirlərsə, onlara ictimai ərazilərini hədiyyə etməkdən xəbəriniz var”.

Millət vəkilinin bu sözləri AKP-li deputatların etirazına səbəb olub və deputatlar arasında söz savaşı başlayıb.

Daha sonra öz çıxışına davam edən deputat AKP-li millət vəkillərinə səslənib:

“Dəyərli dostlar gəlin buraya, bu tribunadan söyləyin. Akdamara kilsə zəngini taxdınızmı, taxmadınızmı? Gəlin bu tribunadan danışın. Dağlıq Qarabağda, işğal edilən Qarabağda bizim olan məscid tövləyə çevrilib. Bundan xəbəriniz varmı? Bununla bağlı hər hansı bir iş görmüsünüzmü? Yox. Ermənistanda bir məscidi yenidən bəpa edə bildinizmi? Yox. Bəs nə edirsiniz? Ancaq işiniz gücünüz erməniyə kilsə zəngi taxmağa icazə vermək, türkün olan nəyi varsa, ona-buna bağışlamaqdır. Gedin onlara deyin ki, biz kilsəyə zəng taxdıq, sizdə qarşılığında məscidi bərpa edin. Bundan sonra etdiklərinizi burada deyin. Mən də sizdən üzr istəyim. Yoxsa türk millətindən siz üzr istəyin. Bunu edəcək cəsarət də yoxdur sizdə. Nəinki cəsarət, heç istəyiniz də yoxdur. Niyə? Çünki siz məscid yox,kilsə tikərsiniz.

Dəyərli dostlar, gündəmimizdə Azərbaycan ilə anlaşma mətni var. Bunların hamısı da inşallah müzakirədən keçdikdən sonra, qəbul olunacaq. Biz MHP olaraq, türk dünyası ilə əldə edilən anlaşmalarda razıyıq”-deyə deputat vurğulayıb.

Sevinc İltifatqızı

Teqlər: