Gəncədə oğul atasını və qardaşını bıçaqladı

Gəncədə oğul atasını və qardaşını bıçaqladı
  29 Noyabr 2013    Oxunub:1098
Gəncədə oğul atasını və ögey qardaşını bıçaqlayıb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, şəhər sakini İsbəndiyar Məcid oğlu Zeynalov atası Məcid Zeynalovu və ögey qardaşı Taleh Zeynalovu yaşadığı mənzildə bıçaqlayıb. Dərhal hər iki yaralı qonşuların köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Həkimlərin müdaxiləsindən sonra hər iki yaralının həyatını xilas etmək mümkün olub.

Şahidlərin sözlərinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti