İki karateçimiz “Minsk 2019”un finalında - Yenilənib

İki karateçimiz “Minsk 2019”un finalında -  Yenilənib
  29 İyun 2019    Oxunub:2409
Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarının karate yarışları davam edir.
Azvision.az xəbər verir ki, yarımfinalda ukraynalı Halina Melniki məğlub edən Azərbaycan idmançısı İrina Zaretska (68 kq) finala yüksəlib. Karateçimiz həlledici görüşdə italiyalı Silvia Semeraro ilə qarşılaşacaq.

***


Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) “Minsk 2019” ikinci Avropa Oyunlarının finalına yüksəlib. İdmançımız yarımfinalda gürcüstanlı Qoqita Arkaniyaya 8:0 hesabı ilə qalib gəlib. Finalda onun rəqibi xorvatiyalı Andcela Kvesiç olacaq.

Azvision.az



Teqlər: Karate   Final   Minsk-2019  





Xəbər lenti