İslam Abbasov yarımfinalda

 İslam Abbasov yarımfinalda
  29 İyun 2019    Oxunub:4283
Azərbaycanın yunan-Roma güləşçisi "Minsk-2019" II Avropa Oyunlarında yarımfinala yüksəlib.
Azvision.az -ın məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov 1/4 final görüşündə macarıstanlı Viktor Lorinczi 3:0 hesabı ilə məğlub edib.

O, növbəti mərhələdə xorvatiyalı İvan Hukleklə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Kənan Məmmədov
Azvision.az



Teqlər: Güləş   İslam-Abbasov  





Xəbər lenti