Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı yolu yenidən qurulur

Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı yolu yenidən qurulur
  29 Noyabr 2013    Oxunub:10654
Prezident İlham Əliyevin 2013-cü il 5 oktyabr tarixli Sərəncamına əsasən Füzuli rayonunda 28 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli – Arayatlı - Mirzənağılı avtomobil yolu yenidən qurulur.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, uzunluğu 34,4 kilometr olan yolun 16 kilometr hissəsi artıq hazırdır. Yolun eni 5-8 metr, asfalt örtüyünün qalınlığı 12 santimetrdir.

Yolun qalan hissəsində işlərin 2014-cü ilin birinci rübündə başa çatdırılması nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti