"Qarabağ" Rusiya klubuna qalib gəlib

"Qarabağ" Rusiya klubuna qalib gəlib
  29 İyun 2019    Oxunub:1438
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu 3-cü yoxlama oyununa çıxıb.
Azvision.az xəbər verir ki, Ağdam təmsilçisi Rusiyanın "Ufa" klubu ilə qarşılaşıb. Görüş Qurban Qurbanovun komandasının 2:1 hesablı qələbəsilə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama oyununda Bolqarıstanın "Ludoqorets" klubuna 2:0 hesabı ilə uduzub, ikinci matçda isə Rumıniyanın "Krayova" klubu ilə heç-heçə edib.

Azvision.az



Teqlər:





Xəbər lenti