Azərbaycan boksçusu bürünc medal qazanıb

Azərbaycan boksçusu bürünc medal qazanıb
  28 İyun 2019    Oxunub:1654
Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında boks yarışları davam edir.
Azvision.az xəbər verir ki, bu gün “Uruçye Arena”da 1/2 final mərhələsinin döyüşləri keçirilir. Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor növbəti döyüşünə çıxıb. 69 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Böyük Britaniyadan olan boksçu Pat Makkormakla qarşılaşıb. Görüş Böyük Britaniya təmsilçisinin qələbəsi ilə başa çatıb.

Beləliklə, boksçumuz bürünc medalla kifayətlənməli olub.

Azvision.az



Teqlər:





Xəbər lenti