ŞOK:Belçikada uşaq evtanaziyası leqallaşdırılır- VİDEO

ŞOK:Belçikada uşaq evtanaziyası leqallaşdırılır- VİDEO
  29 Noyabr 2013    Oxunub:1461
Belçikada həddi-buluğa çatmayanların evtanaziyası (zəhərli iynə vurulmaqla ölməyə razılıq vermə) haqda qanun layihəsi tezliklə qəbul oluna bilər. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, parlamentin müvafiq komissiyaları artıq layihəni bəyənib.

Sənəd bir neçə aydır ki, müzakirə edilir. Layihəyə görə, uşaqlar öz valideynlərinin razılığı ilə evtanaziya xahişi edə bilərlər. Həmçinin, valideynlər özləri də bu xahişdə buluna bilərlər, əgər uşaq özündə deyilsə.

Lakin evtanaziya yalnız o halda mümkündür ki, uşaq sağalmaz xəstəlikdən əziyyət çəkir və daim heç cür yüngülləşdirilə bilməyən “fiziki və ruhi əzablar” içindədir. Bundan əlavə, psixoloqun da rəyi gərəkdir.

Analoji qanun artıq Hollandiyada qüvvədədir. Özü də çoxdan -1998-cü ildən. O vaxtdan cəmi 8 uşaq evtanaziya xahişi edib və xahiş “şirin iynə” vasitəsilə yerinə yetirilib. Bununla belə, Belçikadakı böyük dinlərin nümayəndələri tərtib elədikləri ümumi məktubda qanunvericiləri tələsik addım atmamağa çağırıblar.

Keçirilən sorğulara görə, əhalinin 75 faizi evtanaziyanı tətbiqini müdafiə edir.




Teqlər:  





Xəbər lenti