Hacıyev finala çıxmayacaq - Gözlənilməz qərar

 Hacıyev finala çıxmayacaq -   Gözlənilməz qərar
  27 İyun 2019    Oxunub:3746
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 97 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Nurməhəmməd Hacıyev bu gün final görüşünə çıxa bilməyəcək.
Azvision.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, buna səbəb idmançının dünən yarımfinalda dizindən zədə almasıdır.

Həkimlərin tövsiyəsinə əsasən, Hacıyev həlledici qarşılaşmaya çıxmayacaq. Təmsilçimiz məcburən gümüş medalla kifayətlənməli olacaq.

Qeyd edək ki, Hacıyev finalda rusiyalı güləşçi Abdulrəşid Sadullayevlə qarşılaşmalı idi.

Azvision.az




Teqlər: Güləş   Final   Hacıyev   Minsk  





Xəbər lenti