Azərbaycan Beynəlxalq Turizm Sərgisində

Azərbaycan Beynəlxalq Turizm Sərgisində
  29 Noyabr 2013    Oxunub:1249
Azərbaycan ilk dəfə "TT Warsaw 2013" Beynəlxalq Turizm Sərgisində iştirak edir
Cari ilin 28-30 noyabr tarixində Polşanın Varşava şəhərində keçirilən "TT Warsaw 2013" Beynəlxalq Turizm Sərgisində iştirak etmək məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Varşava şəhərinə ezam olunub.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, həmçinin sərgidə Azərbaycanın "Geo-travel", "Regea travel", "Heritage travel" və "Qafqaz travel" turizm şirkətləri təmsil olunur.

"TT Warsaw 2013" Beynəlxalq Turizm Sərgisində ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 26 kv.m sahə icarəyə götürülüb, Azərbaycan stendi sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin turizm şirkətləri birinci dəfədir ki, Varşavada keçirilən "TT Warsaw" Beynəlxalq Turizm Sərgisində iştirak edir, həmçinin bu il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 64 ölkədən 664-ə yaxın şirkət təmsil olunur.


Teqlər:





Xəbər lenti