3 qadın güləşçimiz “Minsk 2019”-un yarımfinalında

3 qadın güləşçimiz “Minsk 2019”-un yarımfinalında
  27 İyun 2019    Oxunub:1813
Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
Azvision.az xəbər verir ki, bu gün son 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

Mariya Stadnik mübarizəyə 1/4 finaldan başlayıb və ilk görüşdə cəmi 52 saniyəyə polşalı rəqibinə qalib gələrək yarımfinala yüksəlib.

Alyona Kolesnik yarışa macar rəqibi üzərində parlaq qələbəylə başlayıb. Ancaq Kolesnik 1/4 finalda Bolqarıstan idmançısına məğlub olub.

Elmira Qəmbərova ilk mərhələdə Almaniya təmsilçisinə qalib gəlib. Həmyerlimiz ardınca Polşa təmsilçisini çətinlik çəkmədən yolundan kənarlaşdıraraq yarımfinala vəsiqə qazanıb.

Səbirə Əliyeva üçün də start çox uğurlu alınıb. Həmyerlimiz çətinlik çəkmədən yunan həmkarını üstələyib. Daha sonra britaniyalı rəqibinə gücünü göstərən Əliyeva adını yarımfinala yazdırıb.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Azvision.az



Teqlər: Minsk:2019   Güləş  





Xəbər lenti