Hacı Əliyev: "Qələbəni hərbçilərimizə həsr edirəm"

      Hacı Əliyev:   "Qələbəni hərbçilərimizə həsr edirəm"
  27 İyun 2019    Oxunub:2828
Gördüyünüz kimi, rəqiblərimə çox çətinliklə qalib gəldim. Hər görüşün öz çətinliyi var. Qismət elə oldu ki, bu gün iki erməniyə qalib gəldim.
Azvision.az Azərtac-a istinadən xəbər verir ki, bu fikri finala vəsiqə qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev jurnalistlərə açıqlamasında söyləyib.

H.Əliyev daha sonra deyib: “Düşünürdüm ki, ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacaq. Bunu düşünə-düşünə ona qalib gəldim. İndi isə ən vacibi final qarşılaşmasıdır. Finaldakı rəqibim olimpiya çempionu gürcü idmançısıdır. Ona iki-üç dəfə uduzmuşam. Güclü güləşçidir, çalışacağam ki, bu dəfə qalib mən olum.

Bu gün Azərbaycanın Silahlı Qüvvələri günüdür. İki erməni idmançı üzərindəki qələbəmi də hərbçilərimizə həsr edirəm”.

Azvision.az


Teqlər: Hacı-Əliyev   Güləş   Final   Qələbə  





Xəbər lenti