Mahir Əmiraslanov Azərbaycana ilk qızıl medalı qazandırdı

   Mahir Əmiraslanov Azərbaycana ilk qızıl medalı qazandırdı
  27 İyun 2019    Oxunub:4022
Sərbəst güləşçimiz Mahir Əmiraslanov ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.
Azvision.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc pəhləvanımız finalda serbiyalı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək “Minsk 2019” ikinci Avropa Oyunlarının çempionu olub.

İdmançımız bu qələbə sayəsində ikinci Avropa Oyunlarında Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı yazdırıb. Hazırda yığmamızın hesabında 1 qızıl, 4 gümüş və 7 bürünc medal var.

Azvision.az


Teqlər: Avropa-Oyunları   Güləş   Qızıl   Medal  





Xəbər lenti