Hacı Əliyevin ilk rəqibi erməni olacaq

Hacı Əliyevin ilk rəqibi erməni olacaq
  26 İyun 2019    Oxunub:1926
Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
Azvision.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, sabah daha 3 güləşçimiz mübarizəyə qoşulacaq. Bu gün idmançılarımızın rəqibləri müəyyənləşib.

Belə ki, sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq) ilk görüşündə ermənistanlı Valodya Franqulyanla qarşılaşacaq. Nurməhəmməd Hacıyevin (97 kq) rəqibi Radoslav Baran (Polşa) olacaq. Qadın güləşçilərimizdən İrina Netreba (68 kq) isə debütdə Cenni Franssonla (İsveç) gücünü sınayacaq.

65 kq,1/8 final
Hacı Əliyev - Valodya Franqulyan

97 kq, 1/8 final
Nurməhəmməd Hacıyev - Radoslav Baran

68 kq, 1/8 final
Irina Netreba - Cenni Fransson

Azvision.az



Teqlər: Güləş   Hacı-Əliyev  





Xəbər lenti