İdmançımız Avropa Oyunlarına qələbə ilə başladı

İdmançımız Avropa Oyunlarına qələbə ilə başladı
  24 İyun 2019    Oxunub:2037
Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə ilə başlayıb.
Azvision.az -ın məlumatına görə, kişilərin şəxsi yarışında "G" qrupunda mübarizə aparan idmançı ilk oyununda Rumıniya təmsilçisi Kollins Valentin Filimona 2:1 (21-19,18-21,21-10) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Ezmi Qovimuramadhon iyunun 25-də lüksemburqlu Robert Mann, 26-da qrupun rusiyalı Vladimir Malkovla qarşılaşacaq.

Azvision.az



Teqlər:





Xəbər lenti