“Sumqayıt” Ayxan Abbasov ilə müqaviləni uzadıb

“Sumqayıt” Ayxan Abbasov ilə müqaviləni uzadıb
  22 İyun 2019    Oxunub:1631
“Sumqayıt” klubu baş məşqçi Ayxan Abbasov ilə müqavilənin müddətini uzadıb.
Azvision.az xəbər verir ki, 38 yaşlı mütəxəssis ilə klub rəhbərliyi arasında danışıqlardan sonra müqavilənin daha bir il müddətinə uzadılması barədə razılıq əldə olunub.

Qeyd edək ki, A.Abbasov “Sumqayıt”ın baş məşqçisi vəzifəsinə ötən il noyabrın 14-də təyin edilib. Komanda onun rəhbərliyi ilə 2018-2019-cu il mövsümündə 29 xal toplayaraq Premyer Liqanı altıncı pillədə başa vurub. Bu dövrdə “Sumqayıt” klubu tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına yüksəlib.

Azvision.az



Teqlər: Sumqayıt  





Xəbər lenti