Füzuli Musayevə yeni vəzifə həvalə olundu

   Füzuli Musayevə yeni vəzifə həvalə olundu
  20 İyun 2019    Oxunub:3760
İyunun 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunda Azərbaycan Ciu–Citsu Federasiyasının idarə heyətinin iclası olub.
Azvision.az xəbər verir ki, iclasda federasiyanın prezidenti Mirəli Seyidov çıxış edib.

Tədbirdə hüquq-mühafizə orqanları arasında idman əlaqələrinin və əməkdaşlığın yaradılması, bu orqanlarda peşə hazırlığının tərkib hissəsi olan xidməti–tətbiqi idman növlərinin inkişaf etdirilməsi və beynəlxalq miqyaslı tədbirlərdə layiqincə təmsil olunması məqsədilə müvafiq departamentin yaradılması məsələləri müzakirə edilib.

Tədbirdə FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevin federasiyanın vitse–prezidenti vəzifəsinə namizədliyi təklif olunub.

Səsvermə nəticəsində F.Musayev Azərbaycan Ciu–Citsu Federasiyasının vitse–prezidenti və yeni yaradılan departamentin rəhbəri seçilib.

Azvision.az



Teqlər: Füzuli-Musayev   Federasiya  





Xəbər lenti