“Sumqayıt”dan daha bir transfer

“Sumqayıt”dan daha bir transfer
  17 İyun 2019    Oxunub:2205
2019-2020-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu daha bir futbolçu ilə müqavilə bağlayıb.
Azvision.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda son mövsümü “Sabah”da keçirmiş Elgün Nəbiyevi heyətinə cəlb edib. Birillik icarə əsasında “Sumqayıt” klubunda çıxış edəcək 23 yaşlı futbolçu 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Elgün Nəbiyev “Sabah”la yanaşı (25 oyun, 1 qol) “Zirə”nin də (4 oyun) uğurları üçün çalışıb.

Azvision.az


Teqlər: Sumqayıt   Futbol   Klub  





Xəbər lenti