Dieqo Simeone ailə həyatı qurub

Dieqo Simeone ailə həyatı qurub
  16 İyun 2019    Oxunub:2141
İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone ailə həyatı qurub.
Azvision.az xəbər verir ki, 49 yaşlı argentinalı mütəxəssis bir müddətdir sevgili olduğu Karla Pereyra ilə evlənib.

Nigah mərasimi iyunun 14-də Argentinanın paytaxtı Buenes-Ayresdə keçirilib. Tədbirdə cütlüyün yaxınları və dostları iştirak edib.

Qeyd edək ki, Simeone ilə Pereyra 2014-cü ildə Madriddə tanış olublar. Onların iki qızı var. Simeonenin ilk həyat yoldaşından isə 3 oğlu var.

Azvision.az


Teqlər: Simeone   Evləndi  





Xəbər lenti