Erməniyə qalib gələn idmançımız Avropa çempionu oldu

 Erməniyə qalib gələn idmançımız Avropa çempionu oldu
  15 İyun 2019    Oxunub:3701
İyunun 7-dən 12-dək Rusiyanın Soçi şəhərində Pauerliftinq üzrə Avropa çempionatı keçirilib. Bu yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.
Daxili İşləri Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, milli komandanın tərkibində mütləq çəki dərəcəsində gücünü sınayan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Razim Hüseynov üç hərəkətin cəmində 885 kiloqram ağırlığı qaldıraraq yaxın izləyicisi olan erməni rəqibini məğlub edərək turnirin qalibi olub.

Qeyd edək ki, R.Hüseynov pauerliftinq üzrə 1 dəfə dünya çempionu və dünya ikincisi, 3 dəfə Avropa çempionu və 8 qat Azərbaycan birincisidir.

Azvision.az


Teqlər: Pauerliftinq   DİN  





Xəbər lenti