Braziliyalı futbolçu “Neftçi”yə qayıtdı

Braziliyalı futbolçu “Neftçi”yə qayıtdı
  15 İyun 2019    Oxunub:1959
Dario Frederiko "Neftçi” klubuna qayıdıb.
Azvision.az kluba istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə 2 il müddətinə müqavilə imzalanıb. 27 yaşlı yarımmüdafiəçi komandanın heyətində 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Dario 2018-ci ildə "Neftçi”nin heyətində 17 oyunda 3 qol vurub. O, Braziliyanın "Flamenqo” (2012-2014), "Fernandopolis” (2013), "Quaratingeta” (2014), Portuqaliyanın "Trofensi” (2014-2015), Azərbaycanın "Kəpəz” (2015-2018) və Cənubi Koreyanın "Sonnam” (2017) və "Daequ” (2019) klublarında çıxış edib.

Azvision.az



Teqlər: Neftçi  





Xəbər lenti